Liviya Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb
Liviya Mərkəzi Bankının rəhbəri Sadiq əl-Kəbir və bankın əməkdaşları silahlı dəstələrdən xilas olmaq üçün ölkədən qaçıblar.
Bu barədə "Financial Times" bankın rəhbərinə istinadən məlumat yayıb.
“Silahlı dəstələr bank işçilərini təhdid edir, bəzən onların uşaqlarını və qohumlarını qaçırırlar”, - Sadiq əl-Kəbir qəzetə telefonla müsahibəsində bildirib.
O vurğulayıb ki, baş nazir Abdel Həmid Dbeyba şərq və qərb səlahiyyətlilərinin bankın yeni rəhbəri ilə bağlı razılığa gəlməli olmasını nəzərdə tutan BMT razılaşmalarını pozaraq onu qanunsuz olaraq vəzifəsindən uzaqlaşdırmağa cəhd edib.
FT-nin məlumatına görə, daha əvvəl əl-Kəbir baş naziri izafi xərclərə yol verməkdə ittiham edib. Daha sonra Tripoli şəhərinin hökumət komitəsi Mərkəzi Bankın binasını ələ keçirib. Bankın rəhbəri ölkənin şərqindəki parlament tərəfindən dəstəklənir.
Mərkəzi Bankın ələ keçirilməsinə cavab olaraq şərq hökuməti neft hasilatını dayandırdığını elan edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








.jpg)

