Həsənovlar daha bir bir maliyyə şirkətində paya sahib olublar
"Express Lombard" ASC-nin yeganə səhmdarı olmuş İsayeva Svetlana Cəmil qızı payını tamamilə satıb. Eyni zamanda, kredit şirkətinin yeni səhmlərini kənar investorlar əldə edib.
Marja.az-ın məlumatına görə, 2024-cü ilin may ayında "Express Lombard"ın 996 min manatlıq səhmləri yerləşdirilmiş və səhmləri 3 investor əldə etmişdir. Nəticəsdə "Express Lombard" ASC-nin nizamnamə kapitalı 4 min manatdan 1 milyon manata yüksəlmişdir.
Bu gün açıqlanan məlumatlara görə, "Express Lombard" niamnamə kapitalının 45%-i (450 min manatı) Nicat Həsənova, digər 45%-i (450 min manatı) Rifat Həsənova və 10%-i (100 min manatı) Leyla Cabbarovaya məxsusdur.
Xəbər verdiyimiz kimi avtomobil lizinqi şirkəti "International Leasing" ASC-nin səhmdarlarının sayı artıb. Şirkətin səhmdarlarının sayı 1 fiziki şəxsdən 3 fiziki şəxsə yüksəlib. Belə ki, yeni səhmdar cəlbindən öncə "İnternational Leasing" ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Nicat Vaqif oğluna məxsus idi.
2024-cü ilin İyun ayında yeni səhmlərin emissiyası yolu ilə bankın nizamnamə kapitalı 950 min manat artırılaraq 1 milyon manata çatdırılıb. Yeni səhmlər Həsənov Nicat Vaqif oğlu ilə bərabər Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı tərəfindən də əldə edilib. Nəticədə, "İnternational Leasing" ASC-nin niamnamə kapitalının 45%-i (450 min manatı) Nicat Həsənova, digər 45%-i (450 min manatı) Rifat Həsənova və 10%-i (100 min manatı) Leyla Cabbarovaya məxsusdur.
Əlavə edək ki, Həsənov Rifat Vaqif oğlu "International" Bank Olmayan Kredit Təşkilatının Müşahidə Şurasının sədri, Həsənov Nicat Vaqif oğlu isə Təşkilatın İdarə Heyətinin sədridir.
"BOKT International" QSC-nin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
21 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)








.jpg)





