“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması məqsədi ilə 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketləri və nömrələri üzrə 15 günlük istifadə müddəti artırılaraq 30 gün müəyyən edilməklə abunəçilərə daha rahat istifadə imkanı təmin ediləcək.
Marja.az xəbər verir ki, bu, MMC-nin yaydığı məlumatda bildirilir.
Həmçinin “Turist” tarif paketləri çərçivəsində təqdim edilən WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok istifadəsi üçün təqdim edilən internet həcmi və ümumi internet istifadəsi ilə bağlı nəzərdə tutulan internet həcmi birləşdirilərək daha rahat və əlverişli istifadə imkanı yaradılır.
Azərbaycan Respublikasına qısa müddətli səfər edən xarici ölkə vətəndaşlarının fakturasız (SimSim) xətt sistemində yalnız “Turist” tarif paketlərinə qoşulma imkanı təmin edilməklə digər tarif paketlərə qoşulmalara məhdudiyyət qoyulacaq. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi vətəndaşlar “Turist” tarif paketi üzrə 30 gün istifadə müddəti bitdikdən sonra nömrədən istifadəni davam etdirmək üçün müvafiq sənədi təqdim etməklə “Turist” paketlərindən və ya digər tarif paketlərindən istifadəni davam edə biləcəklər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
13 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























