Topdan sement satan şirkət milyonlar qazandığını açıqladı
Ağac və tikinti materiallarının (əsasən sement) topdan satışı ilə məşğul olan "Konstromat" ASC 2023-cü ili 4 milyon 374 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 4 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Konstromat" ASC-nin xalis mənfəəti 287 min manat artıb.
Marja.az xəbər verir ki, "Konstromat" ASC-nin əsas əməliyyat gəliri (satış) 2022-ci ildə 30 milyon 920 min manat ikən, 2023-cü ildə 36 milyon 838 min manat yüksəlib (5 milyon 918 min manat və ya 19,1% artıb).
2023-cü ildə "Konstromat" ASC-nin əməliyyat gəlirləri 36 milyon 838 min manat, əməliyyat xərcləri 30 milyon 920 min manat, ümumi mənfəəti 5 milyon 467 min manat təşkil edib. Şirkət ümumi mənfəətindən 1 milyon 93 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2023-cü il tarixində "Konstromat" ASC 6 milyon 175 min manat cəmi aktivlərə, 3 milyon 965 min manat cəmi kapitala malik olub.
"Konstromat” ASC-nin səhmlərinin 100%-i Rasim Naib oğlu Əkbərova məxsusdur. "Konstromat" ASC nin direktoru isə Məlikov Tural Yasin oğludur.
"Konstromat” ASC "Norm" sement zavodunun istehsal etdiyi Klass A ( 400 marka) və Klass B (300 marka) kisə sement məhsullarının distributor olduğu Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























