Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması məqsədilə təkliflərin qəbulu başladı
1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayır.Son illərdə aparılan uğurlu islahatlar, aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının icrası, vergi sisteminin səmərəliliyinin artırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy və təkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi olaraq sahəvi görüşlər keçirilib. Həmin görüşlərdə irəli sürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqla vergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb. Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznes və ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.
Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayır.
Bununla bağlı vətəndaşlar, biznes ictimaiyyəti və vergi ödəyiciləri tərəfindən təkliflərin təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmi səhifələrində həmin bölməyə xüsusi keçid linki yerləşdirilib:
Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)


