Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir
Lider mobil operator sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır(®) Azercell qadınların ictimai həyatda fəallığının artırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır.
Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini 24.09.2024-cü il tarixinədək qeyd olunmuş link üzərindən göndərə bilər.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək və hər birinin həyata keçirilməsi üçün 5.000 AZN qrant ayrılacaq.*
Xatırladaq ki, müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
Ətraflı məlumat üçün: Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir!
Qeyd edək ki, layihə təklifi Azərbaycan dilində göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.
“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq müəyyənləşdirilmiş məbləğdən yuxarı və ya aşağı ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















