Azərkosmos Mozambikə kosmik bilik ixrac edib
Azərkosmos kosmik sahədə radiotezliklərin idarə olunmasına dair biliklərin digər ölkələrə ixracını davam etdirir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, Azərbaycan brendi olaraq kosmik sahə üzrə yaradılmış intellektual məhsul bu dəfə Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim olunub.
Təlim proqramı çərçivəsində Mozambik təmsilçilərinə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər verilib, hər bir ölkə üçün xüsusi orbital mövqeyin təyin edilməsi, peyk və Yer stansiyaları üçün müvafiq ərizələrin hazırlanması prosesləri izah edilib. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) peyk məsələlərinə dair təsdiq etdiyi və hazırda qüvvədə olan qaydalar ətraflı şərh edilib.
Xatırladaq ki, Azərkosmos peyk xidmətlərindən əlavə, ötən ildən etibarən kosmik sahə üzrə biliklərin ixracına başlayıb. Radiotezliklərin idarə olunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması modullarını əhatə edən bu təlim proqramı Afrika, Mərkəzi Asiya və Yaxın Şərqin kosmos sahəsində inkişaf etməkdə olan ölkələrinə təqdim olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























