Rusiya Mərkəzi Bankı yenidən uçot dərəcəsini artırdı
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 18%-dən 19%-ə qaldırıb. Bank iyulda uçot dərəcəsini 16%-dən 18%-ə qaldırmışdı.
Marja.az xəbər verir ki, faiz dərəcəsinin artırılması ilə bağlı qərar əhalinin və biznesin inflyasiya gözləntilərinin artması fonunda qəbul edilib.
Analitiklər də Mərkəzi Bankın pul siyasətinin növbəti dəfə sərtləşdirəcəyini nəzərdə tuturdular.
Rosstat məlumatlarına görə, avqustda Rusiyada illik inflyasiya iyuldakı 9,13%-dən sonra 9,05%-ə qədər azalıb, lakin bu, hələ də iyun (8,6%) və yaz ayları ilə müqayisədə (inflyasiya 7,5-7,8% diapazonunda olub) yüksəkdir. Mərkəzi Bankın inflyasiya hədəfi 4% təşkil edir ki, buna da 2025-ci ildə nail olunması planlaşdırılır. Tənzimləyicinin proqnozuna görə, 2024-cü ildə inflyasiya 6,5-7% təşkil edəcək .
"Cari inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın 6,5-7% olacağı və proqnoz diapazonunun üzərində qalacağı gözlənilir. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiyanı yenidən başlatmaq, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur",- Rusiya Mərkəzi Bankının press-relizində deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


