UForex yeni başlayan investorlara növbəti dəfə dəstək olub – MÜSAHİBƏ
“Battle of Traders” yarışması sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar.UForex “Battle of Traders” müsabiqəsini keçirərək, növbəti dəfə gənc treyderlərə öz dəstəyini göstərdi. Müsabiqə ilə bağlı yaranan sualları “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb.
- Elmira xanım, müsabiqənin məğzi və məqsədi haqqında bizə məlumat verə bilərsiniz?
- Müsabiqənin əsas məqsədi yeni başlayan investisiya həvəskarlarına bu sahədə təcrübə toplamaq və özlərini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Sözügedən yarışma sayəsində treyderlər tamamilə risksiz, sıfır kapitalla bazara daxil olub özlərini sınamaq fürsəti qazanırlar. 20 gün ərzində iştirakçılarımız təlim hesablarında ticarət aparıb, ən uğurlu nəticəyə nail olmağa çalışacaqlar.
- Sonda qalibləri nə gözləyir?
- Sonda maksimum gəlir qazanan üç treyder qalib elan olunacaq və hər biri real vəsaitli ticarət hesabı əldə edəcək. Onlar qeyd olunan hesablarda öz bilik və bacarıqlarını istifadə edərək, bu fəaliyyətlə davamlı məşğul olub gəlir əldə edə biləcəklər. Əlbəttə ki, qaliblərimizin istənilən zaman hesablarındakı pul vəsaitlərini nağdlaşdırma imkanı da olacaq.
- Bəs oxşar müsabiqələrin gələcəkdə yenidən keçirilməsi planlaşdırılırmı?
- Bəli, əlbəttə ki, biz gələcəkdə də bu cür yarışların keçirilməsini planlaşdırırıq. Hətta müsabiqənin formatını daha da genişləndirməyi düşünürük. Onu da qeyd edim ki, Unicapital gənc treyderlər üçün daim dinamik və həvəsləndirici mühit yaratmağa çalışır, onlara real bazar şəraitində bacarıqlarını yoxlamaq üçün əla fürsətlər təqdim edir.
Xatırladaq ki, “Battle of Traders” müsabiqəsi sentyabrın 9-da start götürüb. Yarışma hazırda davam edir, qaliblər isə 30 sentyabr tarixində elan ediləcəklər.
Qlobal foreks bazarlarında real vaxtda ticarət imkanı verən UForex, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin təqdim etdiyi xidmətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























