Bakıdan ən yüksək orta uçuş qiyməti Varşava istiqamətində qeydə alınıb
Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta uçuş qiyməti Polşanın paytaxtı Varşava istiqamətində qeydə alınıb.
Dövlət Turizm Agentliyinin hesabatına görə, Azərbaycan paytaxtından Varşavaya birbaşa uçmaq 265 avroya, tranzit yolla uçmaq isə 196 avroya başa gəlib.
Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 42,4 % və 55,1 % çoxdur.
2-ci yerdə Rusiyanın Novosibirsk şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə aviabiletlərin qiymətləri müvafiq olaraq 251 və 260 avro təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 11,7 % və 30,6 % azalıb.
3-cü yeri isə Rusiyanın Nijni Novqorod şəhəri tutub. Bu şəhərə birbaşa uçuş üçün 226 avro (ötən il birbaşa aviareys olmayıb), tranzit uçuş üçün isə 243 avro ödənilib ki, bu illik müqayisədə müvafiq olaraq 15,4 % azdır.
Sentyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək minimum qiyməti 721 avro (- 46,8 %) olmaqla Cənubi Koreyanın paytaxtı Seula qeydə alınıb. İlk üçlüyə Yaponiyanın paytaxtı Tokio 659 avro ( - 55,2 %) və Misirin Şarm-əl-Şeyx şəhəri 579 avro (- 6 %) qiymətlə daxil olub.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























