Holcim-in “USTA MƏNƏM” müsabiqəsinin seçim turu finala yaxınlaşır
Sumqayıtda “Mən ustayam” müsabiqəsinin növbəti seçim turu keçirilib. Müsabiqəyə 1000-dən çox usta qatılıb, onlardan 320 nəfəri seçim turundan keçmək üçün seçilib.(®) Ölkənin 12 regionunda keçirilən Holcim-in “USTA MƏNƏM” müsabiqəsinin növbəti seçim mərhələsi Sumqayıtda çatıb.
Qeydiyyatın başladığı andan etibarən müsabiqəyə 1000-dən çox usta qatılıb, onlardan 320 nəfəri seçim turundan keçmək üçün seçilib.
Statistikaya görə, müsabiqə zamanı ustaların işi hesablansa, iştirakçılar tərəfindən 1700 kvadrat metrdən çox divar hörülüb, 43 000 kərpic istifadə edilib və müsabiqənin ümumi vaxtı 2160 saat təşkil edib.
Əvvəlki mərhələlərdə olduğu kimi, iştirakçılar finala çıxmaq hüququ uğrunda həvəslə və peşəkarlıqla mübarizəyə qoşulublar.
Müsabiqə iştirakçılarının peşəkar səviyyəsi o qədər yüksəkdir ki, münsiflər fərqi millimetrlərlə ölçdüklərinə görə xüsusi diqqətlə qiymətləndirmələr aparıblar.
“Biz çox şadıq ki, müsabiqə ölkə üzrə ustalar arasında böyük maraq doğurdu və səbirsizliklə ölkənin ən yaxşı ustasının kim olacağını gözləyirik,” - deyə Holcim Azərbaycan şirkətinin kommersiya direktoru cənab Sergiu Stoikov qeyd edib.
"Bu müsabiqə peşə təhsilinin inkişafı və ixtisaslı ustaların hazırlanması istiqamətində gələcək layihələr üçün möhkəm təməl oldu," – deyə Agentliyin İdarə Heyəti sədrinin birinci müavini cənab Rəvayət Musayev bildirib.
Final seçim turu Bakıda keçiriləcək və bundan sonra 30 finalçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq. Müsabiqənin qalibi baş mükafat – Pick-up 4x4 avtomobili ilə təltif olunacaq.
Yeniliklər, xəbərlər və eksklüziv pərdəarxası məzmun üçün sosial mediada bizə qoşulun
https://www.instagram.com/holcimazerbaijan?igsh=MTQ2MXU2dnd4ajZwMw%3D%3D&utm_source=qr
https://www.tiktok.com/@usta__menem?_t=8q0eFW7vEYq&_r=1
https://www.facebook.com/share/tTnFUHgJfYsHihYG/?mibextid=LQQJ4d
https://www.instagram.com/ustamenem?igsh=dzJ3NTlzMnQzeTR2&utm_source=qr
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)







.jpg)






