“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın direktoru Xəzərin dayazlaşmasından danışdı
Taleh Ziyadov: “Son 5 ildə Xəzərin səviyyəsi 1 metr azalsa da, hazırda sabitdir”Xəzər dənizinin dayazlaşması məsələsi təkcə bir liman və ya ölkə üçün əhəmiyyət kəsb etmir, həm də beş Xəzəryanı dövlətin maraqlarına toxunur.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti dəfələrlə müxtəlif beynəlxalq platformalarda bu problemə diqqət çəkib.
“Xəzər hövzəsinin dayazlaşması Amazon hövzəsi kimi regionlardan fərqli olaraq, beynəlxalq aləmdə haqqında çox az danışılan qlobal problemdir. Bu, daha geniş yanaşma tələb edən ciddi çağırışdır”, - T.Ziyadov qeyd edib.
Onun sözlərinə görə, problemin səmərəli həlli üçün suyun səviyyəsinin azalmasının səbəbləri diqqətli şəkildə təhlil edilməlidir.
“Bunun Volqa-Don kanalı, Kür çayının işi və yaxud dəniz səviyyəsinə təsir edə bilən temperaturun yüksəlməsi və s. iqlim dəyişiklikləri ilə əlaqəli olub-olmadığını bilmək lazımdır”, – baş direktor əlavə edib.
T.Ziyadov vurğulayıb ki, son 5 ildə Xəzər dənizində suyun səviyyəsi 1 metr azalsa da, hazırda sabit olaraq qalır: “Ümid edirik ki, region ölkələrinin birgə səyləri suyun səviyyəsini indiki səviyyədə saxlamağa və hətta artırmağa kömək edəcək”, - o əlavə edib.
“Report”a
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























