“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
(®) İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir. Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb.
Tədbirdə Klaus Müller ilə yanaşı, “Vodafone Group”un regional direktoru Yohannes Hummer, “GSMA”nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və “Silknet”in İT direktoru Cheibanny Nagi də iştirak edib. Sessiyada çıxışı zamanı Klaus Müller “Bakcell” həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin “Vodafone Group”la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, “Bakcell” və “Vodafone Group” arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, “Vodafone Group”la əməkdaşlıq çərçivəsində artıq “Bakcell” Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. İştirakçılara “Bakcell”in “Kapital Bank” və “Uber”lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.
Bundan əlavə, “Bakcell” “INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.
Tədbir çərçivəsində, həmçinin “Bakcell”in süni intellekt dəstəkli çat-botu təqdim edilib.
Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















