Azərbaycana minik avtomobillərinin idxalı azalıb
2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 1 milyard 268 milyon 436 min ABŞ Dolları dəyərində 66 min 285 ədəd nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Kimitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 min 883 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
Beləliklə, nəqliyyat vasitələrinin idxalı miqdar ifadəsində 6 min 598 ədəd və ya 9% azalıb, dəyər ifadəsində 61 milyon 229 min dollar və ya 5% artıb.
2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycana 1 milyard 105 milyon 537 min dollar dəyərində 59 min 479 ədəd minik avtomobili idxal olunub. Ötən ilin eyni dövründə ölkəmizə 1 milyard 91 milyon 749 min dollar dəyərində 67 min 453 ədəd minik avtomobili gətirilmişdi. Beləliklə, bu il 7 min 974 ədəd daha az minik avtomobili idxal olunub.
Azərbaycana hibrid, elektrik, yük avtomobillərinin və xüsusi texnikaların idxalı isə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























