Qızıl bahalaşarkən, “AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb
“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, cari ilin ilk 9 ayı ərzində QSC-nin rəsmi satış və mübadilə mərkəzində 2 582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35% artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib.
Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11.4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% artım deməkdir.
Qeyd edilib ki, “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib. Bu günə qədər 11 677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44.2 milyon manat məbləğində gəlir əldə edilib.
Xatırladaq ki, QSC tərəfindən Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11 çeşiddə sikkə kolleksiyası istehsal olunub. Cari ildə Heydər Əliyev Fondunun yaradılmasının 20, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş, o cümlədən paytaxt Bakının ən qədim hissəsi - İçərişəhərin təsvirini özündə əks etdirən yeni qızıl sikkə kolleksiyaları ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, bu il qlobal birjalarda qızılın qiyməti 33 faizdən çox artıb. Bu il qızılın qiyməti bir neçə dəfə rekord yeniləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























