ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
(®) ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainability Sandbox Hakatonuna start verdiyini elan edib.
Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır.
Hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün Mastercard-ın Sandbox xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün Mastercard-ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, Mastercard onun geniş planda reallaşmasına dəstək verəcək.
İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək.
İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər bu linkdə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün: [email protected]
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 24 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)




