Sanksiyalara etiraz edən sahibkarlara Vergi Xidmətindən cavab
"Narazılıq etmələrinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır"Son günlər 250-dən çox pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib. Maliyə sanksiyalarına görə bir çox sahibkar narazılıqlarını ifadə edib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov açıqlama verib.
Nicat İmanov qeyd edib ki, maliyyə sanksiyaları ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması və POS-terminalların quraşdırılmaması ilə bağlı həyata keçirilir. Vergi ödəyicilərinin bu prosesə narazılıq etməsinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır.
Mikro sahibkarlar əsasən dövriyyələrindən 2% dərəcə ilə sadələşmiş vergi ödəyir. Bu kifayət qədər aşağı vergi dərəcəsidir. Nəzərə alaq ki, sadələşmiş verginin dərəcələri 4%-dən 2%-ə endirilib. Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir. Eyni zamanda vergi ödəyiciləri apardığı əməliyyatları kassa çekləri ilə rəsmiləşdirməlidirlər. Təəssüflər olsun ki, çox vaxt sahibkar kart tu kart əməliyyatlarından istifadə edirlər. Təbii ki bu kartlar sahibkarların özlərinə məxsus debet kartlarıdır və bununla da vergidən yayınma halları baş verir.
Dövlət Vergi Xidməti vergidən yayınan şəxslərə qarşı sərt mübarizə aparacağını artıq bir neçə ildir ki, elan edib. Vergi yükünün aşağı salınmasına adekvat olaraq nəzarət tədbirləri sərtləşdirilib.
“Mən ümüd edirəm ki, qanundan yayınan sahibkarlar bu pozuntulara təkrar yol verməyəcəklər” - deyə baş idarə rəisi əlavə edib.
Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)



