Yenilənmiş Listinq Məsləhət Proqramı çərçivəsində Bakı Fond Birjası ilə əməkdaşlıq edən investisiya şirkətlərinin adları açıqlanıb
Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərindən Unicapital, PAŞA Kapital, INVEST-AZ, PSG-Kapital, “CFI FİNANCİAL”, Xalq Kapital, Assist Finance, CPM-İnvest və “Capital Partners” Listinq Məsləhət Proqramına imza atıblar.
Birjanın yaydığı məlumatda bildirilir ki, Bakı Fond Birjasının əsas məqsədi yerli kapital bazarının artımına təkan verməkdir. Bu istiqamətdə potensial emitentlərlə (qiymətli kağızları buraxmaq istəyən şirkət) danışıqlar aparan BFB, ona üzv olan və LMP proqramına qoşulan investisiya şirkətləri ilə əməkdaşlıq edərək potensial emitentləri investisiya şirkətlərinə yönləndirir.
Bakı Fond Birjası (BFB) kapital bazarının inkişafını, habelə onun şəffaflıq və obyektivliyini dəstəkləyən, eyni zamanda həm emitentləri, həm də investisiya şirkətlərini Listinq Məsləhət Proqramında birləşdirir.
"Listinq Məsləhət Proqramının əsas məqsədi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına, maliyyə şəffaflığının təşviqi məqsədi ilə hesabatlılığın təmin edilməsinə, korporativ idarə etmənin təkmilləşdirilməsinə və eləcə də, kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitlərinin cəlb etməsinə dəstək verməkdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























