Azər-Türk Bankın rəqəmsal debit kartını hər kəs onlayn əldə edə biləcək
(®) Dövlət bankı Azər Türk Bankın atb360 mobil tətbiqində yeni istifadəyə verilmiş xidmət sayəsində hər bir şəxs rəqəmsal atb card debit kartına tamamilə ödənişsiz və saniyələr ərzində rahatlıqla sahib ola biləcəkdir.
Belə ki, öncə tətbiqdə qeydiyyatdan keçilir, daha sonra SİMA identifikasiyanı keçməklə kart sifariş edilir. Saniyələr ərzində rəqəmsal kart atb360 cüzdanında aktiv olur
Əgər müştəri kartın çap versiyasını almaq istəyərsə, o zaman tətbiqdə sifariş edib, təhvil almaq üçün Bankın filialını qeyd edir. Kartın çap versiyası 15 AZN təşkil edir.
Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.
Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.
Eyni zamanda card-to-card və müştəriyə məxsus digər hesab və kartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.
Həmçinin card-to-card və NFC texnologiyasını dəstəkləyən bankomat vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinə yetirmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
4 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
5 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
5 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)
.jpg)






.jpg)



