Dövlət qiymətli kağzıları nəzərə alınmasa, Azərbaycanın kapital bazarının həcmi 1 milyard manata çatmır
Bakı Fond Birjası (BFB) Azərbaycan Kapital Bazarının İcmalında 2024-cü ilin 11 ayı üzrə BFB-nin ticarət dövriyyəsi üzrə rəqəmləri də açıqlayıb.
Marja.az İcmala istinadən xəbər verir ki, 2024-cü ilin 11 ayı ərzində Bakı Fond Birjasının dövriyyəsi 63 milyard 745 milyon 184 min manat təşkil edib. Bu dövriyyənin 98,7%-i və ya 62 milyard 897 milyon 703 min manatı dövlət və ona bağlı qurumların qiymətli kağızları - Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları və onlar ilə repo əməliyyatları üzrə olub.
Korporativ qiymətli kağızlar (korporativ istiqrazlar və səhmlər) üzrə dövriyyə cəmi 847 milyon 481 min manat təşkil edib ki, bu da cəmi dövriyyənin 1,3%-nə bərabərdir.
Əlavə edək ki, dövlət şirkətlərinin yerləşdirdiyi istiqrazlar da korporativ istiqrazlara daxildir. Dövlət şirkətlərinin qiymətli kağızlarını da nəzərə almasaq, özəl sektorun hesabına formalaşan kapital bazarının çox kiçik olduğunu qeyd edə bilərik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
4 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı




















