Avropa 2 dəfə faiz endiriminə hazırlaşır
Bloomberg-ə danışan mənbələrə görə, Avropa Mərkəzi Bankı (AMB) son qərar olmasa da, yanvar və bəlkə də mart ayında faiz dərəcələrini azaltmağı planlaşdırır.Avro Bölgəsinin çətin vəziyyətə düşən iqtisadiyyatını canlandırmaq üçün ardıcıl dördüncü dəfə faiz dərəcələrini endirən Avropa Mərkəzi Bankı (AMB, ECB) yanvar və mart aylarında faiz dərəcələrini daha da azaltmağa hazırlaşır.
Marja xəbər verir ki, Bloomberg-ə danışan mənbələr bildirib ki, iqtisadiyyat cari gözləntilərə uyğun inkişaf edərsə, borclanma xərclərinin azaldılmasına mərhələli yanaşma ən uyğun yol olacaq.
Mənbələr fövqəladə hallarda bir seçim olaraq 0,50 bəndlik daha böyük endirimin masada qaldığını bildiriblər, lakin belə bir addımın arzuolunmaz təcililik hissi yaratmaq riski daşıdığını vurğulayıblar.
Hələlik yekun qərarın verilmədiyini və mart ayından sonra əldə edilən bütün məlumatlar əsasında hər görüşdə qiymətləndirmələrin aparılacağını bildirən mənbələr, Donald Trampın yanvar ayında yenidən vəzifəyə başlamasından sonra siyasətlərinin daha aydın görünməsi ilə bağlı seçimlərin dəyişə biləcəyini vurğulayıblar.
Dünən Avropa Mərkəzi Bankının (AMB. ECB) faiz qərarını açıqlayıb. Gözlənildiyi kimi, ECB bençmark faiz dərəcəsini (depozit faizini) 0,25 faiz bəndi də azaldaraq 3 faizə endirib. Beləliklə, bank ilin dördüncü faiz endirimini edib. İqtisadçıların da gözləntisi depozit faizinin 3 faizə endirilməsi idi. Bank əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,40 faizdən 3,15 faizə, marjinal maliyyələşdirmə faizini isə 3,65 faizdən 3,40 faizə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
-
11 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 29 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























