"Food City Agrocomplex"ə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatı təqdim edilib
“Gülüstan” sarayında “Gömrük-Biznes Forumu 2024” keçirilib.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət və özəl sektor arasında əmakdaşlıqdan danışaraq Prezident İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan gömrük-biznes münasibətlərinin inkişafından bəhs edib, gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi sayəsində yerli və xarici sərmayəçilər üçün ölkəmizdə daha əlverişli biznes mühitinin yaradıldığını diqqətə çatdırıb.
Daha sonra Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Food City Aqrokomplex"in Baş icraçı direktor Anar Ağayevə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatını təqdim edib.
Səlahiyyətli İqtisadi Operator - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operator sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaq.
Food City Agrocomplex - Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində Xudat şəhərində yerləşən “Food City Agrocomplex” 11,71 ha ərazini əhatə edir.
Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən istehsalçılara və ixracatçılara terminal, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmət göstərirlər.
Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq transkontinental nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.
Sosial media hesabları:
https://www.facebook.com/foodcityagrocomplex
https://www.instagram.com/foodcityagrocomplex
https://www.linkedin.com/company/foodcityagrocomplex
https://www.youtube.com/@foodcityagrocomplex
https://www.tiktok.com/@foodcityagrocomplex
https://www.pinterest.com/foodcityagrocomplex
https://x.com/FCAgrocomplex
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)


