Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqladı
Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə başa vurub.Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib.
Unibank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib. Ötən il ərzində “Unibank”ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb.
Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437 milyon manata çatıb. Biznes portfelin tərkibində KOB kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna KOB portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub:
“İl ərzində əldə etdiyimiz maliyyə nəticələri qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankın yaşıl iqtisadiyyata, dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə tutan əməkdaşlıq oldu.
Bizim üçün çox əlamətdar bir hadisə də ötən il Unibank tərəfindən azad olunmuş ərazilərimizə ilk biznes kreditinin verilməsi oldu. Bu kreditləşmə Sahibkarlığın İnkişafı Fondunun “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində həyata keçirilib. Bankın uğurlu biznes layihələrindən olan Leobank layihəsi də 2024-cü ildə çoxsaylı yeniliklərə imza atıb. Bu yeniliklər sırasında Leobank-ın KOS-lar üçün rəqəmsal biznes həlləri, rəqəmsal əmanət məhsulları və xüsusi müştəri seqmenti üçün premium məhsul olan Leo Prime xüsusi yer tutur. Bu məhsullar bazara təqdim edilərək müştəri təcrübəsini yeni səviyyəyə qaldırdı. İndi isə böyük hədəflərlə dolu 2025-2026-cı illər strateji dövrünə qədəm qoyuruq. Qarşıda bizi həm yeni fürsətlər, həm də çağırışlar gözləyir”.
2024-cü il bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 39 % artaraq, 12,3 milyard manata keçib. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 2023-cü ilin sonu ilə müqayisədə 44 % artaraq, 361,5 milyonu ötüb.
2024-cü ilin sonuna “Unibank”ın depozit portfeli 1,2 milyard manatdan çox olub. Ayrıca müddətli depozitlərin həcmində 15 milyon manatlıq artım qeydə alınıb.
Hesabat dövründə əsas maliyyə göstəricilərində yüksəlmə qeydə alınıb. Dövr ərzində Bankın məcmu gəlirləri 35 milyon manat artıb. Bununla da ötən ilin sonuna faiz və qeyri-faiz gəlirlərinin cəmi 355 milyon manat təşkil edib. Unibank 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə başa vurub. Bankın əməliyyat mənfəəti isə 63 milyon manat olub.
Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital əvvəlki illə müqayisədə 10 %-dən çox artaraq, 177 milyon manata çatıb. 2024-cü il ərzində Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13,09 % təşkil edib. Hesabat dövrünün sonuna bankın aktivləri də 11% çoxalaraq, 1 milyard 759 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)






.jpg)





