Gələn hətə FED və ECB faiz qərarını açıqlayacaq
Qlobal bazarlar gələn həftə ABŞ Mərkəzi Bankı (FED) Avropa Mərkəzi Bankı (ECB) tərəfindən açıqlanacaq faiz qərarlarını gözləyir.
Marja xəbər verir ki, Donald Trampın ABŞ-da prezident kimi vəzifəyə başladıqdan sonra Çinə qarşı ilıq yanaşması və danışıqlara açıq olduğunu deməsi əvvəllər beynəlxalq ticarətə tətbiq edəcəyini bəyan etdiyi tariflərlə bağlı qeyri-müəyyənlikləri bir qədər yumşaldıb.
Trampın videokonfrans vasitəsilə qatıldığı Davosda keçirilən Dünya İqtisadi Forumunda geosiyasi risklərin aradan qaldırılması ilə bağlı verdiyi mesajlar, neft qiymətlərinin və faiz dərəcələrinin aşağı salınması lazım olduğuna dair açıqlamaları da risk ehtimalının bir qədər azalmasına səbəb olub.
Digər tərəfdən, Trampın Çinə qarşı mülayim münasibətinə baxmayaraq, ABŞ-ın Kanada, Meksika və Avropa İttifaqı (Aİ) kimi ticarət tərəfdaşlarına qarşı təhdidləri narahatlıq yaratmağa davam edir, eyni zamanda tariflərin qlobal ticarət müharibələrinə səbəb ola biləcəyi və ölkədə inflyasiya təzyiqlərini artıra biləcəyi ilə bağlı narahatlıqlar davam edir.
Bununla belə, Trampın iqtisadi və ticarət siyasətlərinin inflyasiya ilə mübarizədə ciddi irəliləyiş əldə etmiş FED-in atacağı addımlarla ziddiyyət təşkil edə biləcəyi ilə bağlı narahatlıqlar davam edərkən, FED-in növbəti dəfə açıqlayacağı pul siyasəti qərarı investorların diqqət mərkəzindədir.
FED-in ilin ilk yarısında faiz dərəcələrini aşağı salacağı ilə bağlı proqnozlar valyuta bazarlarında güclü olaraq qalır. Bankın bu ay faiz dərəcəsini sabit saxlayacağı dəqiq olsa da, iyun ayında 0,25 faiz bəndi azaldacağı təxmin edilir.
Analitiklər, FED-in faiz qərarının bazarlarda volatilliyi artıra biləcəyini, qərarın açıqlanmasından sonra FED sədri Jerome Powellin mətbuat konfransında verəcəyi açıqlamalarda bankın proqnozlarına dair ipucu axtarılacağını bildiriblər.
Çərşənbə günü (29 yanvar) FED faiz dərəcəsi qərarını açıqlayacaq, FED sədri Cerom Powellin mətbuat konfransı keçiriləcəkdir.
Gələn həftənin cümə axşamı günü (30 yanvar) Avropa Mərkəzi Bankı (ECB) da faiz qərarını açıqlayacaq, ECB sədri Laqardın mətbuat konfransı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























