ACCA sertifikatlaşdırma imtahanları təşkil edilib
Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında əməkdaşlıq çərçivəsində “100 uğurlu imza” birgə təlim layihəsi həyata keçirilib.
Təşkilatlar arasında əldə edilmiş razılığa əsasən, əməkdaşlıq layihəsinin mühüm komponentlərindən biri Tədris Mərkəzində ACCA sertifikatlaşdırma imtahanlarının təşkili olub.
Vergilər Nazirliyinin Tədris Mərkəzi ACCA sertifikatlaşdırma imtahanlarının təşkili üçün müvafiq lisenziyaya malikdir və ölkəmizdə peşəkar mühasiblər üçün beynəlxalq sertifikat hesab edilən bu imtahanları təşkil edir.
Sentyabrın 5-də keçirilən ilk ACCA sertifikat imtahanının ilkin mərhələsində 30 nəfər iştirak edib. İmtahanlar onlayn şəkildə və ingilis dilində aparılıb.
İmtahanla bağlı Tədris Mərkəzində keçirilən, Tədris Mərkəzinin rəisi Əli Həsənov, “İmza Group”un nümayəndələri və sertifikasiya təlimlərinin digər təşkilatçıları iştirak etdiyi tədbirdə bildirilib ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında imzalanmış Memoranduma əsasən, bu qurumlar vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması, vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi, müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin keçirilməsi və müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edirlər.
Qeyd edilib ki, ACCA mərkəzi Londonda yerləşən, 1904-cü ildən bəri fəaliyyət göstərən, müxtəlif dünya ölkələrindən 188000 üzvü olan nüfuzlu bir təşkilatdır. Həmin təşkilatın təşkil etdiyi imtahanlardan uğurla keçmiş şəxslərə verilən sertifikatlar dünya ölkələrinin əksəriyyətində tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 d. əvvəl
-
4 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
32 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























