Bank Ombudsmanının saytı fəaliyyətə başladı - ELEKTRON MÜRACİƏT İMKANI
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başlamışdır. Bu barədə "Marja"ya ABA-dan bldirilib.
Bank Ombudsmanının rəsmi internet səhifəsinə www.bankombudsman.az ünvanından daxil ola bilərsiniz.
Qeyd edək ki, sayt vasitəsilə Bank Ombudsmanının əsasnaməsi, reqlamenti və müraciət qaydaları ilə tanış olmaq mümkündür.
Eyni zamanda, saytda bank və müştəri arasında yaranan və Bank Ombudsmanının reqlamentinə daxil olan problemli məsələlərlə bağlı elektron müraciət imkanı yaradılmışdır. Bunun üçün “Müraciət et” bölməsindən “Elektron müraciət”ə daxil olub, müvafiq məlumatları doldurmaq lazımdır.
Xatırladaq ki, iddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, banklarla əqdlərin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan, heç bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mülki-hüquq mübahisələrinin həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilmişdir.
Eyni zamanda:
-Mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud deyilsə;
-Mübahisəyə Bank Ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmayıbsa, ona dair barışıq sazişi təsdiq edilməyibsə və ya Ombudsmanın mübahisəni mahiyyəti üzrə həll edən qərarı yoxdursa;
-Ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan 2 (iki) il keçməyibsə;
-Ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və faiz siyasətinə aid deyilsə;
-Qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yoxdursa;
-İş bankın qiymət siyasətinə aid deyilsə;
-Barəsində ərizə verilən maliyyə təşkilatının lisenziyası geri çağırılmayıbsa və ya bu maliyyə təşkilatı ləğv olunmayıbsa, qeyd olunana işlərə baxıla bilər.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 19 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









