Mərkəzi Bank özəl bank barəsində icrası məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı “Accessbank” QSC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
Məlumata görə, “Accessbank” QSC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilmədiyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Accessbank” QSC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
“Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinə görə, informasiya sisteminə Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:
7.5.1. əməliyyatın icra saatı və tarixi;
7.5.2. valyutanı köçürən valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;
7.5.3. əməliyyatın təyinat ölkəsi;
7.5.4. vəsait alanın adı;
7.5.5. vəsaiti köçürən şəxsin hesab nömrəsi (köçürmə hesab vasitəsilə həyata keçirildikdə);
7.5.6. əməliyyatın məbləği və valyutası;
7.5.7. əməliyyatın kanalı (SWIFT/sürətli pul köçürmə sistemi (adı göstərilməklə)/ digər (əlavə məlumat verilməklə);
7.5.8. Qaydaların əməliyyatın aparılması əsasını müəyyən edən müvafiq struktur elementi;
7.5.9. əməliyyatın aparılmasına əsas verən təsdiqedici sənədlərin adı, tarixi, nömrəsi;
7.5.10. əməliyyatın təyinatı;
7.5.11. əməliyyatın unikal istinad nömrəsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


