Rəsədxanadan kütləvi xəbərdarlıq mesajlarına münasibət - "Cəhalət baş alıb gedir"
Sentyabrın 13-də Ayın Yerə yaxınlaşması hadisəsi qeydə alınacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələr vasitəsilə əhali arasında yayılan kütləvi xəbərdarlıq mesajlarına münasibət bildirib.
Rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, xəbərdarlıqda Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına, şüalanmanın olacağı qeyd edilib.
X. Mikayılov qeyd edib ki, bunların hamısı yanlış söhbətlərdir: “Ayın yerə yaxınlaşması mobil telefonlara, texnikaya hər hansı bir təsir göstərə bilməz. Çünki ayın özünün şüalanması yoxdur, Günəşin şüalarını əks etdirir. Hər bir ay ərzində Ayın Yerə yaxınlaşması və uzaqlaşması halları müşahidə edilir. Bu il də Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq. Bu zaman Ayla Yer arasında 369 min km məsafə olacaq. Bu yaxınlaşma adi hallardan biri hesab olunur. Təbiət hadisələrindən biri olan Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması “Super Ay” isə 2018-ci il yanvarın 2-də qeydə alınacaq. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 km olacaq. Bu vaxta kimi bir neçə dəfə “Super Ay” hadisələri baş verib və bu yaxınlaşmalar zamanı hansısa təhlükələr olmayıb”.
X.Mikayılov əlavə edib ki, sentyabrın 13-də və 2018-ci il yanvarın 2-də qeydə alınacaq Ayın Yerə yaxınlaşması zamanı da hansısa təhlükəli halların olması gözlənilmir. Bu gün insanlar arasında cəhalətin baş alıb getdiyini deyən direktor müavini vurğulayıb ki, falçılar, müəyyən qrup adamlar belə məlumatlar yayaraq insanları daha da vahimə içərisində saxlamağa çalışırlar: "Belə şeylərdən uzaq olmaq lazımdır. Sosial şəbəkələr vasitəsilə yayılanlar doğru olmayan və bir qrup insanın uydurduğu yalan məlumatdır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)








