“Azərsun Holdinq” dövlət büdcəsinə 146,7 milyon manat vergi ödəyib
Şrkətlər qrupuna daxil olan “Sun Food”, “Al Market”, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və “Bazarstore” ən çox vergi ödəyən 100 şirkət siyahısındadır.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adlarını açıqlayıb.
Bu siyahıda ölkənin iqtisadi inkişafına mühim töhfələr verən “Azərsun Holdinq”ə aid bir neçə şirkət də yer alıb.
Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata əsasən, şirkətlər qrupuna daxil olan “Sun Food”, “Al Market”, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və “Bazarstore” şirkətləri 2024-cü ildə ödənişləri ilə diqqət çəkib. Adıçəkilən qurumlar yüksək məbləğdə vergi ödəyərək ilk yüzlükdə yer alıblar.
Bununla bərabər “Azərsun Holdinq”ə daxil digər şirkətlər də aktiv vergi ödəyicisi olaraq ölkə iqtisadiyyatına müsbət təsir göstəriblər ki, nəticədə ümumi məbləğ 146,7 milyon olub.
Qeyd edək ki, 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edən adıçəkilən şirkətlər qrupu dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edərək Azərbaycanın ixrac potensialının artırılmasına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
54 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
58 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























