Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da “Conference Board” analitik şirkəti tərəfindən dərc olunan İstehlakçıların İnam İndeksinin proqnozların altında açıqlanması fonunda dollar major valyutalar qarşısında ilk öncə bahalaşdı, sonra isə ucuzlaşaraq əldə etdiyi mövqelərini qismən itirdi.
Belə ki, EUR/USD valyuta cütlüyü çərşənbə günü artım tendensiyasını davam etdirərək 1.05250 həddinə qədər yüksəldi. Lakin, bugün məzənnə 1.04960 səviyyəsinə qədər geriləyib. Ötən gün qızılın qiyməti kəskin şəkildə ucuzlaşdı. Sarı metalın dəyəri 2888$-a qədər gerilədi, lakin, sonradan bahalaşaraq 2918$-a qədər yüksəldi.
ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin nizamlanması perspektivləri ilə bağlı yeni bəyanatları, eləcə də, İrana qarşı yeni sanksiyaların tətbiqinin mümkün nəticələri fonunda beynəlxalq birjalarda neft qiymətlərinin eniş tendensiyası sürətlənb. “Brent” markalı neftin bir barrel üçün qiyməti ötən gün ərzində 75.15$ səviyyəsindən 72.60$ səviyyəsinə qədər ucuzlaşıb. “WTI” markalı neftin qiyməti isə 71.20$ həddindən 68.70$ həddinə kimi geriləyib.
Almaniyanın Federal Statistika Agentliyi (Destatis) tərəfindən çərşənbə günü açıqlanan yenilənmiş məlumatlarda qeyd olunub ki, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin dördüncü rübündə əvvəlki üç ay ilə müqayisədə 0.2% azalıb. İllik müqayisədə də Almaniyanın ÜDM-i oktyabr-dekabr aylarında 0.2% azalıb. Həmçinin, “Conference Board” tədqiqat təşkilatının hesabatına əsasən, yanvar ayında ABŞ-da İstehlakçı İnamı indeksi 105.3 bənddən 98.3 bəndədək geriləyib. Analitiklər göstəricinin 102.7 sadəcə bəndədək enəcəyini ehtimal edirdilər. Əlavə olaraq, Yaponiyada İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə 1.9%-dən 2.2%-ə qədər yüksəlib.
Bugün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da dərc olunacaq Yeni Mənzil Satışlarının Həcmi və Kommersiya Məqsədli Neft Ehtiyatlarının Həcmi göstəriciləri investorların marağına səbəb olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada açıqlanacaq “Gfk” İstehlakçı İnam İndeksi və ABŞ-da dərc olunacaq Tikinti üzrə İcazələrin Sayı bazar iştirakçıları tərəfindən izləniləcək göstəricilərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
13 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 23 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb

























