Birbank Biznes-dən “Hər İşdə Birinci Qadınlar” yarmarkası
Yarmarka Beynəlxalq Qadınlar Gününə özəl keçirilir.(®) Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir.
6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq “Hər İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.
Yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor əməkdaşlıqları, eləcə də uğura gedən yolda xanımların motivasiyasına həsr olunacaq.
Tədbirin ilk panel müzakirəsi 6 mart tarixində saat 11:00-da baş tutacaq. “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olunan bu sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə ediləcək. Panel COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü, Ayan Nəcəfin moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyevadır.
7 mart tarixində saat 11:00-da keçiriləcək ikinci panel isə “Uğurun adı: Qadın” mövzusunda olacaq. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və qazandıqları uğurun hekayəsini paylaşacaqlar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarovadır. Spikerlər arasında AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CosybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Ballı Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə yer alacaq.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Bununla yanaşı yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq şansı yaradacaq. 6-7 mart tarixlərində, saat 11:00 dan 19:00 qədər “Passage 1901” ünvanında keçiriləcək yarmarkaya hər kəs dəvətlidir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)


