Sabahdan "KOB bazar" satış yarmarkası başlayır
Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumatda bildirilir ki, yarmarka Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir.
Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
“KOB bazar”ın üstünlükləri:
- Təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları;
- Məhsulları birbaşa istehsalçıdan almaq;
- Ucuz və sərfəli qiymət;
- KOB-ların məhsullarının satışına dəstək.
Bakı sakinləri və şəhərimizin qonaqları alış-verişləri üçün martın 5-dən fəaliyyət göstərəcək “KOB bazar”a dəvət olunurlar.
Qeyd edilib ki, “KOB bazar” satış yarmarkası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə, dövlət dəstəyi hesabına fəaliyyət göstərəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























