Azərbaycanda qoz bağlarının güzəştli şərtlərlə sığortası başlanır – ŞƏRTLƏR, QİYMƏTLƏR
Azərbaycanda kütləvi şəkildə əkilən daha bir bitkinin - qoz bağlarının dövlət dəstəyi ilə sığortalanması başlayıb.
Aqrar Sığorta Fondundan AMrja-ya verilən məlumat görə, qoz bağı təsərrüfatlarının sahibləri bağları 50% güzəştli şərtlərlə sığorta edə bilərlər.
2024-cü ilin rəsmi məlumatlarına əsasən, Azərbaycanda qoz bağlarının ümumi əkin sahəsi 7000 hektara çatır. Bura həmçinin son illər xüsusilə artan intensiv və superintensiv bağlar da daxildir.
Qoz bağlarının 40%-dən çoxu, yəni təqribən 3 min hektarı Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunda qoz bağlarının sahəsi 1 335 hektar, Dağlıq Şirvan iqtisadi rayonunda 776 hektar təşkil edir.
Son illər ölkədəki qoz bağlarının sahəsi genişlənməkdədir. İstiyə tələbkar, eyni zamanda quraqlığa, sərt iqlim şərtlərinə, şaxtaya davamlı qoz bitkisinin əkin sahəsində təkcə 2024-cü ildə 210 hektar artım qeydə alınıb.
Qoz bağlarına fermerlərin marağının artması və bu sahəyə yatırılan investisiyaların artımı bağların çoxsaylı risklərdən sığortalanmasını da zəruri edir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sığortalana bilən 41 bitki arasında qoz məhsulu da var.
Aqrar sığorta qoz bağlarını, dolu, fırtına, qasırğa, subasma, vəhşi heyvan hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığota edir.
Artıq qoz bağlarına dəyən zərərlər üzrə ödənişlər də başlayıb. Belə ki, 2024-cü ildə Şəki-Zaqatala regionunda baş vermis hadisələr və qoz bağlarına dəyən zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 20 161 manat sığorta ödənişi edilib. Bu ödənişlər fırtına, qasırğa, sel-subasma kimi hadisələr üzrə edilib.
Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər. Belə ki, Qıba-Xaçmaz regionunda fermer 1000 manatlıq qoz məhsulunun sığortalanması üçün 10 manat, Şəki-Zaqatalada 19 manat, Dağlıq Şirvan regionunda isə 17 manat sığorta haqqı ödəməlidir.
Qeyd edək ki, fermerlər qoz bağında gözlənilən məhsulla yanaşı, ayrıca olaraq acağları və tingləri də olduqca sərfəli şərtlərlə sığorta edə bilərlər.
Hazırda meyvə bağlarının sərfəli şərtlərlə sığortalanması davam edir. Təsərrüfatını sığortalamaq istəyən fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməlidirlər.
Fermerlər aqrar sığorta məhsulları, sığorta şərtləri və sair məlumatları Aqrar Sığorta Fondunun asf.gov. az rəsmi vebsaytından, 1651 Çağrı mərkəzindən, Fondun bölgələrdə yerləşən filiallarından öyrənə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 d. əvvəl
-
51 d. əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
-
1 saat əvvəl
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
-
2 saat əvvəl
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır
-
2 saat əvvəl
Boliviyada iqtisadi fövqəladə vəziyyət - sosialist iqtisadi siyasətdən uzaqlaşır
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı Limanında rekord nəticə
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır
Ən çox oxunanlar
Bakı Limanında konteyner aşırılması 100 mini keçdi
Bu il "Şahdağ Turizm Mərkəzi"ni 300 min turist ziyarət edib
Dekabrın 19-da gözlənilən hava şəraiti
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə


















.jpg)
