Qızılın qiymətində rekord: 3000 dollara yaxınlaşdı
“Təhlükəsiz sığınacaq” aktivlərindən biri olan qızıl artan qeyri-müəyyənlik, geosiyasi risklər və ABŞ-ın yeni gömrük vergi siyasətinin mümkün nəticələri ilə bağlı narahatlıqlar səbəbindən rekordlar qırmağa davam edir."Təhlükəsiz sığınacaq" aktivlərindən biri olan qızıl, gömrük rüsumları siyasətinin mümkün nəticələri ilə bağlı narahatlıqlar səbəbindən rekordlar qırmağa davam edir. Qızılın unsiyasının qiyməti 0,17 faiz də artaraq 2993,94 dolları görüb.
Beləliklə, qiymətli metalın unsiyasının qiyməti 3 min dollara yaxınlaşıb.
2025-ci ilin ilk gününə 2620 dollardan başlayan qızılın unsiyası, bu il 13 dəfə rekord qıraraq ilin əvvəlindən təxminən 373 dollar dəyər qazanıb. Qızılın unsiya qiyməti ötən il 27 faiz, bu il isə 17 faiz artıb.
ABŞ prezidenti Donald Trampın tarif (gömrük rüsumları) siyasəti qızıl bazarında ən güclü qiymət artıran amillərdən biridir. Yanvar ayında Donald Tramp ABŞ prezidenti vəzifəsinə gələndən sonra qızılın unsiya qiyməti təxminən 10 faiz dəyər qazanıb.
Analitiklər bildiriblər ki, ABŞ prezidenti Trampın aqressiv tarif siyasətinin nəticələri ilə bağlı narahatlıqlarla yanaşı, geosiyasi və iqtisadi gərginlik fonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaldacağına dair gözləntilər də etibarlı "sığınacaq" kimi qızıla tələbatı artırıb.
Bəzi analitiklər də Ukraynadakı müharibədə atəşkəsə nail olmaq səylərində irəliləyişin olmamasından sonra maliyyə bazarlarında təhlükəsiz sığınacaqlara tələbin artdığını qeyd edərək, geosiyasi qeyri-müəyyənlik mühitində davam edən mərkəzi bank alışlarının da qızılın qiymətinin yüksəlməsinə dəstək verdiyini vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




