Prime Cotton “Made in Azerbaijan” brendlərinin təqdim olunduğu Novruz yarmarkasını keçirdi - FOTOLAR
(®) Prime Cotton, GP Cotton Holdings şirkətinin bir hissəsi olaraq, baş ofisinin yerləşdiyi Qafqaz Biznes Mərkəzində Azərbaycan Tekstil Assosiasiyası və Shoppingaz.az platformasının dəstəyi ilə Novruz Yarmarkası təşkil etdi.
Bu yarmarka Prime Cotton və tərəfdaş şirkətlərin əməkdaşlarına Novruz bayramının unikal atmosferini yaşatmaq, bayram ruhunu bölüşmək, yerli sahibkarlara dəstək olmaq və “Made in Azerbaijan” brendlərinin tanıdılmasına töhfə vermək məqsədini daşıyırdı.
Yarmarkanı Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov açılış nitqi ilə başladı. O, iştirakçıları və əməkdaşları İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi, şirkətin korporativ yanaşması və gələcək planları haqqında danışdı və yarmarkada iştirak edən sahibkarlara uğurlar arzuladı.
Tədbirdə AZPROMO nümayəndələri də iştirak edərək, “Made in Azerbaijan” brendlərinin inkişafına dəstək olduqlarını bildirdilər və yerli sahibkarlarla yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Rəsmi açılışdan sonra yarmarka fəaliyyətə başladı. Ziyarətçilər yerli istehsal olunan məhsulları almaqla yanaşı, maraqlı əyləncə proqramlarında iştirak etdilər və biznes dairələri ilə yeni əlaqələr qurmaq imkanı qazandılar.
Yarmarkada yalnız yerli bazarın brendləri iştirak edirdi, o cümlədən:
Geyim və Aksesuarlar: Kings Style, Amorini,, The Noise, Di Mom handmade, Flort, Phantom, Şərq inciləri, Gilli 1881, SF production, Anarın Atelyesi, Gultac brend, S. Abdul collection, Atide, Nur design, Badira Aliyeva, Woonderkind, SLV art, Artwood bylaliko, Vajiha Hasanova, Iconicstyle, Meshque MMC, Milli suvenirler, Gulsam group MMC
Tekstil: Giltex, Oztekstil, Debet Safety, Zadagan, Az Tekstil, Business Tex/Xankendi Tekstil, Baki Tekstil Fabriki
Qida: SM Fresh Oil
Parfum: Zuleykha parfum
Prime Cotton-un tərəfdaş şirkətlərinin əməkdaşları, Azərbaycan Tekstil Assosiasiyasının üzvləri və dəvətli qonaqlar “Made in Azerbaijan” brendlərindən hədiyyələr seçərək, eyni zamanda yerli istehsala dəstək vermək imkanı qazandılar.
Prime Cotton təşkil etdiyi yarmarka yerli istehsalın təşviqi və milli sahibkarların bazarda tanınması baxımından önəmli bir addım oldu. Prime Cotton, “Made in Azerbaijan” brendlərinin inkişafına və yerli sahibkarlara dəstək verməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)

