Yerdə son illərin ən güclü geomaqnit qasırğası başlayıb
Bu gün və qarşıdan gələn günlərdə güclü geomaqnit həyəcanlaşması davam edəcək
“Yerdə kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektləri artırır”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub.
E.Babayev qeyd edib ki, dünəndən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Direktor müavini vurğulayıb ki, bu gün və qarşıdan gələn günlərdə güclü geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir: “Hazırda əas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha dramatik olmasının qarşısını alır”.
E.Babayev qeyd edib ki, hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur. Bu qrupların kifayət qədər böyük olduğunu deyən E.Babayev qeyd edib ki, hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər. Onun sozlərinə görə, qətiyyən birbaşa baxmaq olmaz: “AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən, ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50%-ə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75%-dir)”.
Direktor müavini vurğulayıb ki, geomaqnit qasırğaları baş verən günlərdə risk qrupuna daxil olan şəxslər– xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən uzaq olmalıdırlar, qabaqlayıcı tədbirlər görülməlidir. Bu dəfəki qasırğanın texnoloji sistemlərə də ciddi təsir göstərdiyini deyən E.Babayev vurğulayıb ki, hətta R3 sinfinə mənsub radio donma qasırğası, digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)

