"Hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan bəsləyirik"
Ötən il Ağsu Aqroparkda 4 milyon ton litr süd, 360 ton ət istehsalı həyata keçirilib.Aprelin 8-də İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağsu Aqroparka mediatur təşkil edilib.
“Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev media nümayəndələrinə Ağsu Aqroparkda görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Ağsu Aqropark 2018-ci ildən fəaliyyətə başlayıb, Heyvandarlıq, bitkiçilik Aqroparkın əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Ümumi ərazisi 1843 hektar olan Aqroparkın layihə dəyəri 18 milyon manatdan çoxdur.
Сari ildə Aqroparkın 1843 hektar sahəsində əkin işləri həyata keçirilib ki, bunun da 600 hektarında buğda, 600 hektarında arpa, 400 hektarında qarğıdalı, 200 hektarında isə yonca əkilib.
Ağsu Aqropakda Niderland, ABŞ, İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində olan təcrübəsindən geniş istifadə edilir, bu da öz növbəsində yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Aqroparkın təsərrüfat sahələrinin suvarılmasında müasir suvarma sistemləri tətbiq edilir. Belə ki, 1843 hektar sahənin 1500 hektarından çox hissəsində pivotaltı suvarma sistemi quraşdırılıb.
Heyvandarlıq təsərrüfatının inkişafına böyük önəm verən Ağsu Aqroparkda hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. İndiyədək təqribən 15 milyon litrdən çox süd istehsal edilib.
Ötən il Ağsu Aqroparkda 4 milyon ton litr süd, 360 ton ət istehsalı həyata keçirilib.
Aqroparkın heyvandarlıq təsərrüfatında əsasən Avstriya və Almaniyadan olan Simmental cinsli heyvanlar bəslənilir. Bu heyvanlar da öz süd vermə qabiliyyətinə görə digər heyvanlardan fərqlənir. Bir inək orta hesabla 26 litr süd vermək gücündədir.
Ağsu Aqropark həmçinin əhalinin məşğulluq səviyyəsinin də yüksəldilməsinə mühüm töhfə verən təsərrüfat sahələrindədir. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 13 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 21 d. əvvəl
- 44 d. əvvəl
-
51 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Qızıl və gümüş kəskin ucuzlaşıb
Ən çox oxunanlar
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO























