"Tekfen Holding"in əsas səhmdarı dəyişib
"Can Holding" Feyyaz Berker ailəsinin də səhmlərini alaraq "Tekfen Holding"in əsas səhmdarı olub. Qeyd edək ki, "Tekfen Holding" Azərbaycan bazarında da fəaliyyət göstərir.
Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Tekfen"i quran ortaqlardan Ali Nihat Gökyiğit-in ailəsi öz payını "ARY Holding"ə, Necati Akçağlılar-ın ailəsi də öz payını "Can Holding"in şirketi "Can Kültür"ə satıb. Nəticədə "Can Kültür"ün payı 15,5085%-ə yüksəlib. Ardınca daha bir satış olub və üç təsisçinin "Tekfen"də heç bir payı qalmayıb. Belə ki, üçüncü ortaq Feyyaz Berker-in qızları Şebnem Berker ve Meltem Berker də paylarını (25,23 hissəsini) "Can Holding"ə satıblar. Nəticədə "Can Holding" 40 faizdən çox iştirak payı ilə şirkətin ən böyük səhmdarı olub.
Qeyd edildiyi kimi, Akçağlılar ailəsinin paylarını "Can Holding"in törəmə şirkəti "Can Kültür" alıb. Gökyiğitin qızları Vahide Gigin və Feride Demirbağ, "Nihat Gökyiğit Eğitim Sağlık Kültür Sanat ve Doğal Varlıkları Koruma Vakfı" və Ali Nihat Gökyiğit "Yatırım Holding A.Ş." şirkətinin holdinqdəki payını Ali Rıza Yıldırım-ın şirkəti "ARY Holding" şirkətinə satıblar. KAP-da verilən açıqlamaya görə "ARY Holding"in pay alışı 4 milyar TL-nin üzərində bir məbləğə reallaşıb.
"ARY Holding" birjadankənar bazarda da payını artırdığını açıqlayıb. "Tekfen"in hazırkı səhmdar strukturunda "ARY Holding"in payı 27,29 faizə yüksəlib.
Məlumata görə, "Can Holding" Feyyaz Berker ailəsindən payı 1 milyard 250 milyon dollarlıq şirkət dəyəri üzərindən əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
21 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 43 d. əvvəl
-
46 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb






.jpg)
.jpg)










.jpg)




