Startaplar və investorlar üçün tədbir keçiriləcək - QEYDİYYAT BAŞLAYIB
Tədbirdə həm startap, həm də qonaq qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat üçün bakuid.com saytına keçid edə bilərlər.
(®) Ötən gün Azərbaycan İnnovasiyalar Mərkəzində SABAH.HUB-un təşkilatçılığı ilə Baku ID tədbiri çərçivəsində “Demo Day” keçirilib.
Tədbirin əsas məqsədi müxtəlif startap komandalarının layihələrini investorlar qarşısında təqdim etməsi və innovativ ideyaların paylaşılması olub.
Proqram açılış və təqdimat hissəsi ilə başlayıb. Birinci blokda 6, ikinci blokda isə 4 komanda öz startaplarını təqdim edib.
SABAH.HUB-un PR rəhbəri Nurcan Baxşıyeva bildirib ki, Baku ID və onun çərçivəsində keçirilən tədbirlər regionun innovasiya ekosistemini bir araya gətirən və gələcək əməkdaşlıqlara imkan yaradan önəmli platformadır. Onun sözlərinə görə, seçilmiş 10 startap gün ərzində layihələrini yerli və xarici investorlar qarşısında təqdim edərək vacib əlaqələrin qurulmasına nail olublar.
Tədbirdə Qazaxıstan, Özbəkistan, Estoniya, Türkiyə və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən investorlar iştirak edib. Onların arasında Startup Wise Guys, White Hill Capital, MyVentures, IT Park Ventures, Caucasus Ventures, INMerge Ventures, SABAH.angels və SABAH.fund kimi nüfuzlu fondların nümayəndələri də yer alıb.
Təqdim olunan layihələr sırasında “Invnex”, “Lazy Lunch”, “Bonpara”, “Snackpack” və “Canscreen” kimi startaplar yer alıb. Bu layihələrin ideyaları, bazar potensialı və texnoloji həlləri investorlar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda investorlarla komandalar arasında fərdi görüşlər təşkil olunub və ilkin əməkdaşlıq müzakirələri aparılıb.
Nurcan Baxşıyeva qeyd edib ki, bu cür tədbirlər startapların həm daha geniş auditoriyaya çıxışını təmin edir, həm də real investisiya imkanları yaradır.
“Lazy Lunch” layihəsinin komandası adından çıxış edən Ramil Rəhimzadə bildirib:
“Biz şirkətlərə daha münasib qiymətə və yüksək keyfiyyətli nahar xidməti təqdim etmək məqsədilə fəaliyyət göstəririk. Bunun üçün müxtəlif catering şirkətləri ilə əməkdaşlıq edirik və onların idarə olunmasını öz üzərimizə götürürük. Hədəfimiz – şirkətlərə keyfiyyətli, vaxtında və münasib qiymətə nahar xidməti təqdim etməkdir.”
Tədbirdə maraqla qarşılanan startaplardan biri də Türkiyədən qatılan Pamir Birlikin təqdim etdiyi layihə olub. Layihə onlayn alış-veriş təcrübəsini daha effektiv və şəffaf etmək məqsədi daşıyır. Süni intellekt əsaslı platforma istifadəçilərin alış-veriş vərdişlərini təhlil edir, fərdiləşdirilmiş təkliflər təqdim edir və həm istifadəçi təcrübəsini, həm də satış göstəricilərini artırır.
Qeyd edək ki, Baku ID tədbirinin əsas mərhələsi bu il 19–20 iyun tarixlərində Jolly Joker Baku və Stone Chronicle Museum məkənlarında keçiriləcək. Startaplar və investorlar üçün bu, mühüm şəbəkələşmə və əməkdaşlıq imkanları təqdim edəcək.
Tədbirdə həm startap, həm də qonaq qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat üçün bakuid.com saytına keçid edə bilərlər. Saytı izləyərək tədbirlə bağlı bütün yeniliklərdən xəbərdar olmaq mümkündür.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
12 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
14 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb





















