AccessBank maliyyə vəziyyətini açıqladı
sBank 2025-ci ilin 1-ci rübündə 10 milyon manat xalis mənfəət əldə edib.Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, AccessBank 2025-ci ilin 1-ci rübündə 10 milyon manat xalis mənfəət əldə edib.
Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 14.7% və ya 202 milyon manat artaraq 1.6 milyard manata çatıb.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ilin 1-ci rüb ərzində:
- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14.6% və ya 150.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 186.2 milyon manat təşkil edib.
- Kredit portfelinin 77.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 924.2 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 15.3% və ya 122.7 milyon manat artıb.
- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 milyard 60.2 milyon manat təşkil edir.
- AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 15.5 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin ümumi həcmi 132.3 milyonmanata çatmışdır.
- Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 8 milyon ABŞ dolları həcmində subordinasiya borc öhdəliyi cəlb olunmuşdur. Beləliklə, subordinasiya olunmuş borc öhdəliyinin həcmi 35.6 milyon manata yüksəlmişdir.
- 2025-ci ilin 1-ci rübü ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 31% və ya 48.3 milyon artaraq 203.8 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas drayveri generasiya edilən mənfəət və xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% artaraq 59 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 3 milyon artaraq 36.2 milyon manat təşkil edir.
- Qeyri-faiz gəlirləri 3.6 milyon manat olub.
- Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci rübündə də 16.4 milyon manat təşkil edib.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 83.1% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.8 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)







.jpg)










