BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
BOKT “İnternational”ın sayca 40-cı filialı fəaliyyətə başlayıb.Ölkənin aparıcı kredit təşkilatlarından olan BOKT “İnternational” ASC xidmət şəbəkəsini genişləndirərək sayca 40-cı filialı fəaliyyətə başlayıb. KOB adlandırılan yeni filial Bakı şəhəri, Azadlıq prospekti 165a (əvvəlki azadlıq pr. 99) ünvanında yerləşir.
KOB filialının açılmasında əsas məqsəd ölkədə kiçik və orta sahibkarlıq (KOS) fəaliyyəti ilə məşğul olan iş adamlarının bizneslərinə dəstəyin göstərilməsi, onların kredit ehtiyaclarını sərfəli şərtlərlə qarşılamaq, eyni zamanda daimi yeni iş yerlərinin açılması, eləcə də bu işlərin nəticəsi olaraq ölkə istisadiyyatının inkişafına töhfə verməkdir.
BOKT “İnternational” ASC-nin İdarə Heyətinin sədri Nicat Həsənov bildirib ki, təşkilatın növbəti strateji dövr üzrə əsas hədəfləri sırasında kiçik və orta sahibkarlıq biznesinə dəstəyin göstərilməsi və bu sahənin inkişaf etdirilməsi önəmli yer tutur:
“Məhz bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, kiçik və orta sahibkarlıq sahəsi üzrə strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə azadlıq prospekti 165a ünvanında sayca 40-cı olan KOB filialımız fəaliyyətə başladı. Yeni konsepsiyada tərtib edilən filialda müştərilərə daha rahat və keyfiyyətli və sürətli xidmət göstərilməsi üçün xüsusi şərait yaradılıb. Bu filialda əsas etibarı ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə kredit ehtiyaclarını qarşılamanı qarşımıza hədəf olaraq qoymuşuq. Bu seqmentdən olan müştərilərə daha əl çatan xidmətlərimizi təklif etmək üçün yeni KOB filialımızda xüsusi imkanlar da yaradılıb”.
Xatırladaq ki, Azərbaycan maliyyə bazarında 10 ildən çox fəaliyyət göstərən BOKT "İnternational" ASC müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri təklif edir. 2013-cü ildən etibarən bazarın aparıcı BOKT-ları sıralarına qoşulan BOKT "İnternational" ASC təminatlı və təminatsız kreditlər üzrə ixtisaslaşaraq əsas göstəriciləri üzrə bazar iştirakçıları sırasında TOP-5 də yer alıb. 10 milyon manat nizamnamə kapitlına malik olan təşkilat Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır. Həmçinin Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvüdür. Hazırda 40-a yaxın filialda 400-dən çox əməkdaşın çalışdığı təşkilat bazarın etibarlı maliyyə tərəfdaşlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 17 d. əvvəl
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi










.jpg)




.jpg)


