Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
(®) 29 aprel 2025-ci il tarixində Unicapital İnvestisiya Şirkəti və Milli Depozit Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil edilib.
Təlimin əsas məqsədi ölkədə kapital bazarlarına dair maarifləndirməni artırmaq və media nümayəndələrini bu sahədə daha dolğun məlumatlandırmaq olub.
MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev və Unicapital-ın Baş direktoru Vüqar Namazov tədbirin açılış nitqində kapital bazarlarının inkişafı üçün medianın roluna və maarifləndirmənin vacibliyinə diqqət çəkiblər.
Təlim çərçivəsində MDM-in məsul şəxsi Əli Əliyev və Unicapital İnvestisiya Şirkətinin şöbə müdiri Röyal Lətifli çıxış ediblər. Röyal Lətifli "Kapital bazarları və investisiya şirkətlərinin fəaliyyəti" mövzusunu ətraflı işıqlandırıb. O, kapital bazarlarının strukturu, investisiya şirkətlərinin funksiyaları və maliyyə alətlərinin əhəmiyyəti haqqında məlumat təqdim edib.
Tədbir zamanı interaktiv sual-cavab sessiyası təşkil olunub, təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























