Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 92 milyon 347 min manat, xərcləri isə 95 milyon 865 min manat təşkil edib.
Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,2 % və 9,5 % çoxdur.
Ötən il ƏMDX-nın gəlirlərinin 80 milyon 553 min manatını qeyri-birja əməliyyatlarından (əvvəlki ilə nisbətən 9,1 % çox), 11 milyon 794 min mantı isə birja əməliyyatlarından (3 % az) əldə olunub.
Dövlət Xidmətinin xərclərinə gəlincə isə, hesabat dövründə əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərclər 0,2 % azalaraq 22 milyon 745 min manat, sərf edilmiş materialların dəyəri 14,7 % azalaraq 2 milyon 54 min manat, amortizasiya xərcləri 10,2 % azalaraq 1 milyon 845 min manat, sair əməliyyat xərcləri isə 14,8 % artaraq 69 milyon 221 min manat olub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
32 d. əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
-
- 37 d. əvvəl
-
1 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
3 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"





















