Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
Azərbaycanın ən böyük açıq hava karyera festivalı keçiriləcək.22 May 2025-ci il tarixində Bakı Mühəndislik Universiteti və "HBN Group" MMC-nin birgə təşkilatçılığı ilə “CareerFest BEU 2025” adlı festival keçiriləcək.
Son zamanların ən aktual məsələlərindən biri də gənclərin öyrənmə maraqlarınıın dəyişməsidir. Artıq gənclər əylənərək öyrənməyi və məlumat əldə etməyi seçirlər. Bütün bunları nəzərə alınaraq əmək yarmarkalarına yeni rəng, yeni nəfəs, yeni maraqlar qatmaqla tələbə və məzunlar ilə müəssisələri açıq havada festival formatında bir araya gətirmək planlaşdırılır. Karyera festivalı interaktiv fəaliyyətlər, oyunlar və əyləncəli təcrübələrlə dolu olacaq, iştirakçılar həm öyrənəcək, həm də əylənəcəklər.
22 May 2025 tarixində saat 10:00-15:00 aralığında Bakı Mühəndislik Universitetində keçiriləcək “CareerFest BEU 2025” adlı Karyera festivalında dövlət və özəl sektora aid müxtəlif təşkilatlar və şirkətlər iştirak edəcəkdir. Festivalın gedişatı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılacaqdır.
Müəssisə və təşkilatlar“CareerFest BEU 2025”-də iştirak etməyə dəvət olunurlar. Festivalda iştirak etmək istəyən müəssisə və təşkilatlardan (nazirlik, komitə, idarə, müəssisə, şirkət, firma və s.) ən gec 6 May 2024-cü il tarixinədək "HBN Group" MMC-nin təlim və inkişaf şöbəsinə müraciət etmələri xahiş olunur.
Festivalda iştirak edəcək müəssisələrə təkliflər:
- Tədbirə sponsorluq etmək imkanı (+99470 740 88 40);
- Şirkətin stendinin qurulması (stend açıq havada çadırlarda qurulacaq və maksimum 2 nəfərlik yer ayrılacaq);
- Tələbə və məzunlara şirkət, təcrübə və təqaüd proqramları, vakansiyalar haqqında məlumat verilməsi;
- Müəssisəyə aid məhsul və xidmətlər haqqında broşürlərin tələbə və məzunlara paylanması, promo məhsulların hədiyyə verilməsi.
"HBN Group" inanır ki, “CareerFest BEU 2025” karyera festivalı tələbə və məzunların şirkətlərdə olan mövcud vakansiya və təcrübə proqramları ilə yaxından tanış olmaları və onların məşğulluğunun artırılması üçün mühüm rol oynayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)
