“Synergia Academy” və “TABIA Group” birgə tədbir keçirib
“Synergia Academy” və “TABIA Group” şirkətlərinin birgə əməkdaşlığı ilə “Təlimdən – Karyeraya - 2” layihəsinin “Məlumatlandırma Günü” tədbiri keçirilib. Təlim proqramı 3-6 ay müddətində davam edəcək və müasir qonaqpərvərlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Proqramı uğurla başa vuran iştirakçılar “TABIA Group”-a daxil olan hotellərdə işlə təmin olunacaqlar.“Synergia Academy” və “TABIA Group” şirkətlərinin birgə əməkdaşlığı ilə “Təlimdən – Karyeraya - 2” layihəsinin “Məlumatlandırma Günü” tədbiri keçirilib.
Qonaqpərvərlik sahəsində gənclərin peşəkar inkişafına dəstək göstərməyi hədəfləyən “Təlimdən – Karyeraya - 2” layihəsinin məlumatlandırma günü uğurla təşkil olunub. Tədbir “Synergia Academy” və “TABIA Group” arasında tərəfdaşlıq çərçivəsində reallaşıb. Həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri tədbirdə qonaq qismində iştirak ediblər.
Layihənin əsas məqsədi regionlarda yaşayan və ya bu bölgələrlə ailəvi bağlılığı olan gənclərin doğma ərazilərinə qayıdaraq qonaqpərvərlik sahəsində peşəkar karyeraya başlamalarına və bu istiqamətdə inkişaflarına şərait yaratmaqdır. Proqrama 18-30 yaş arası, orta ixtisaslı və ya ali təhsilli Azərbaycan vətəndaşlarının iştirakı nəzərdə tutulur.
Təlim proqramı 3-6 ay müddətində davam edəcək və müasir qonaqpərvərlik standartlarına uyğun şəkildə həyata keçiriləcək. Proqramı uğurla başa vuran iştirakçılar “TABIA Group”-a daxil olan hotellərdə işlə təmin olunacaqlar.
Tədbirin açılışında “TABIA Group”-un icraçı direktoru Uygar Koçaş çıxış edərək layihənin qonaqpərvərlik sahəsində insan kapitalının inkişafına əhəmiyyətli töhfə verəcəyini və təhsil ilə sənaye arasında strateji körpü rolunu oynayacağını vurğulayıb.
“Synergia Academy”nin icraçı direktoru Rəna Əfəndiyeva öz çıxışında layihənin gənclərə qonaqpərvərlik sahəsində bilik və bacarıqlar qazandıracağını qeyd edib.
“Badamdar Hotel & Residences”-in icraçı direktoru Anar İbrahimov isə çıxışında layihənin şirkətin insan resursları strategiyası ilə tam uyğunluq təşkil etdiyini bildirib.
Şirkətlər haqqında:
“Synergia Academy” 2016-cı ildə “PMD Group”un tərkibində “Qonaqpərvərlik Akademiyası” adı ilə təsis edilmiş, 2023-cü ildən isə yenilənmiş formatda fəaliyyətini hazırkı adı ilə davam etdirmişdir. İlkin mərhələdə yalnız hotelçilik və menecment sahələrinə fokuslanan Akademiya bu gün müxtəlif sektorlarda - tekstil, kənd təsərrüfatı, FMCG (tez istehlak edilən gündəlik tələbat malları) və s. sahələrdə peşəkar bacarıqların inkişafını dəstəkləyir.
2016-cı ildə "PMD Hospitality" adı ilə əsası qoyulan və sonradan uğurlu rebrendinq nəticəsində “TABIA Group” adını alan şirkət, Azərbaycanda qonaqpərvərlik aktivlərinin idarə olunmasında qabaqcıl istiqamətverici qüvvələrdən biridir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb













.jpg)



.jpg)








