“Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
Beynəlxalq reytinq agentliyi “Moody’s” “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli korporativ ailə reytinqini (CFR) B1-dən Ba3 səviyyəsinə yüksəldib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda bildirilir ki, ADY-nin 2024-cü ili əhatə edən fəaliyyəti dövrü ərzində sərnişindaşıma, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərindəki müsbət dəyişikliklər “Moody’s” agentliyi tərəfindən kredit reytinqinin verilməsində əsas təsiredici amillər kimi rol oynayıb.
“Moody’s”in hesabatında ADY-nin gəlirlərinin illər üzrə stabil artımı, maliyyə və iqtisadi göstəricilərinin yaxşılaşması, yükdaşıma həcmlərinin artması, xüsusilə tranzit rejimində yükdaşımaların artırılması istiqamətində ölkə və dəmiryol hədəflərinin olması göstərilib. Bundan əlavə, ADY-nin ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin ADY-nin gəlirlərinin artması fonunda maliyyə əmsallarının 2024–2025-ci illər üzrə bir neçə dəfə yaxşılaşması qeyd olunub.
Reytinqin yüksəldilməsinin digər əsas səbəbləri kimi ADY-nin borcunun əhəmiyyətli dərəcədə azalması, kredit göstəriciləri və kredit profilinin yaxşılaşması ilə əlaqədar maliyyə göstəricilərindəki müsbət tendensiya, həmçinin şirkətin davamlı inkişafı üçün əsaslı təməl yaradılması göstərilib.
Rəqabətqabiliyyətinin yaxşılaşdırılması və potensial inkişafa nail olmaq üçün ADY-nin ciddi islahatlar aparması, investisiya proqramlarının icrası nəticəsində həm infrastrukturun, həm də hərəkət tərkibinin yenilənməsi prosesinin həyata keçirilməsi, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi layihəsinin yekunlaşması və yük buraxıcılıq qabiliyyətinin il ərzində 1 milyon tondan 5 milyon tona çatdırılması hesabatda qeyd olunan əsas məqamlardandır.
Hesabatda maliyyə və likvidlik göstəricilərinin yaxşılaşmasının ADY-nin yeni investisiya layihələri hesabına gələcəkdə gəlirlərinin daha da artırılmasına və davamlı inkişafın təmin edilməsinə yeni imkanlar yaradacağı qeyd edilir. Likvidlik göstəricilərinin yaxşılaşması ADY-nin maliyyə öhdəliklərinin icrası zamanı hər hansı çətinliyinin olmayacağı barədə əminlik yaradır.
"Reytinqin yüksəldilməsi ADY-nin maliyyə etibarlılığını artırır və sabit gəlirliliyi ifadə edir. Bu isə bankların və investorların şirkətə daha aşağı faizlə kredit verməsinə imkan yaradır.
Yüksəlmiş reytinq təchizatçılar və biznes müştərilər üçün də maliyyə sabitliyi və ödəniş qabiliyyəti baxımından pozitiv siqnaldır. Bu, daha sərfəli əməkdaşlıq şərtlərinə yol aça bilər.
Bundan başqa, yüksək kredit reytinqi ADY-nin əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır, eləcə də ADY-nin ictimai nüfuzunu və beynəlxalq imicini gücləndirir. Bu, şirkətin beynəlxalq layihələrdə və əməkdaşlıqda daha fəal iştirak etməsinə və strateji tərəfdaşlıqlar qurmasına imkan verir.
Kredit reytinqinin artırılması nəticəsində ADY-nin maliyyə imkanlarının genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəlməsi və beynəlxalq nüfuzunun güclənməsi ümumilikdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək",- ADY-nin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 d. əvvəl
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
51 d. əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi














.jpg)

.jpg)
