Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bugün faiz dərəcəsi ilə bağlı keçiriləcək toplantısı öncəsi dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EUR/USD valyuta cütlüyü 1.13800 səviyyəsindən 1.13250 səviyyəsinə qədər dəyər itirdiksən sonra yenidən bahalaşaraq 1.13700 səviyyəsinə qədər yüksəlib.
Eyni dövr ərzində GBP/USD cütlüyü 1.33330 həddindən 1.33620 həddinə qədər bahalaşıb. Qızılın qiyməti 22 aprel tarixindən bəri ilk dəfə 3434$ səviyyəsinə qədər artım sərgiləyib. Neft isə cari həftənin əvvəlində itirdiyi mövqelərini bərpa edib və artıq 62.60$ səviyyəsində ticarət olunur.
Ötən gün ABŞ-ın Ticarət Nazirliyinin dərc etdiyi məlumata əsasən, 2025-ci ilin mart ayında ölkənin Ticarət Saldosunun kəsiri fevral ayı ilə müqayisədə 14% artaraq 140.5 milyard dollar səviyyəsinə çatıb. Qeyd olunan nəticə göstərici üçün rekord həddir. Mart ayında Amerikanın ixracı 278.5 milyard dollar, idxalı isə 419 milyard dollar təşkil edib.
Həmçinin, Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) mart ayı ilə müqayisədə aprel ayında 50.9 bənd səviyyəsindən 50.4 bənd səviyyəsinə qədər geriləyib. Birliyin xidmət sektorunda PMI aprel ayında 51 bənddən 50.1 bəndədək enib. Eləcə də, Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniyanın Xidmət Sektorlarunda Biznes Aktivliyi İndeksi 50.9 bənddən 49 bəndədək enib. Böyük Britaniyanın xidmət sektorunda PMI isə 52.5 bənddən 49 bəndədək zəifləyib.
Bugün bazar iştirakçıları Bakı vaxtı ilə saat 22:00-da FED tərəfindən açıqlanacaq faiz qərarını diqqətlə izləyəcəklər. Əlavə olaraq, Almaniyada dərc olunacaq Sənaye Sektorunda Fabrik Sifarişlərinin Həcmi və ABŞ-da açıqlanacaq kommersiya məqsədli neft ehtiyatları göstəriciləri investorların maraqla gözlədikləri xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)







