İşçi sayı və əməkhaqqı fondu “ağarır”, daxilolmalar artır - 223 MİLYON DAHA ÇOX HAQQ YIĞILIB
Sosial sığorta ödəmələri 12,3 faiz artıb2025-ci ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz və ya 223,5 milyon manata yaxın artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1 milyard 357,2 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə ödəmələr 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artıb və 72,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 faiz artaraq 55,2 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artıb və 355,7 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 faiz artaraq 251,1 milyon manatdan çox təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
3 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO










.jpg)











