“CPM İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 10 dəfə azalıb
“CPM İnvest İnvestisiya Şirkəti” ASC 2024-cü ili 168 min manat xalis mənfəət ilə başa vurub. ASC 2023-cü ili 1 milyon 642 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “CPM İnvest"in xalis mənfəəti 2024-cü ildə 2023-ci illə müqayisədə təxminən 10 dəfə azalıb. “CPM İnvest İnvestisiya Şirkəti” 2021-ci ili 1 milyon 261 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı.
Marja.az Şirkətin illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, “CPM İnvest İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 2023-cü ildə 3 milyon 554 min manat ikən, 2024-cü ildə 2 milyon 507 min manata düşüb. Eyni dövrdə Şirkətin inzibati və digər əməliyyat xərcləri 795 min manat və ya 53% artaraq 2 milyon 297 min manat təşkil edib. Ötən il “CPM İnvest" 41 min manat mənfəət vergisi də ödəyib.
"CPM İnvest İnvestisiya Şirkəti" ASC 2021-ci ilin 15 Aprel tarixində lisenziya alaraq fəaliyyətə başlayıb.
"CPM İnvest İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 43 d. əvvəl
-
50 d. əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
53 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU


















