Yusif Cabbarov: Transxəzər Kabel Xətti regionda texnoloji inkişafa töhfə verəcək
“AzerTelecom” və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel xəttinin çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri Layihə Tədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər.Azərbaycan ilə Qazaxıstan arasında ilk fiber-optik bağlantının qurulmasını nəzərdə tutan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə növbəti əhəmiyyətli mərhələ artıq tamamlanıb. Layihənin icraçıları “AzerTelecom” və “Kazakhtelecom” kabelin dəniz dibi ilə çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri Layihə Tədqiqatının (Desktop Study) uğurla bitməsini elan ediblər. Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı mühəndislik təhlilini əhatə etməklə tikinti işlərinin başlanması baxımından xüsusi önəm daşıyır.
Layihə Tədqiqatının nəticələrinə əsasən hazırlanmış hesabat Xəzər dənizinin xəritələrinin, dəniz dibinin və ekoloji xüsusiyyətlərinin, o cümlədən potensial marşrut risklərinin ətraflı təhlilini təqdim edir. Hesabat, həmçinin layihənin növbəti mərhələləri olan dəniz dibinin tədqiqatı və kabel marşrutunun layihələndirilməsi üçün vacib olan məlumatları əks etdirir.
Layihəyə texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir. Şirkət layihənin bütün mərhələlərinin və əldə olunan nəticələrin beynəlxalq standartlara və qabaqcıl sənaye təcrübələrinə uyğunluğunu təmin edir. “Pioneer Consulting” Layihə Tədqiqatı mərhələsində əsas texniki məlumatların nəzərdən keçirilməsi və ekspert rəylərinin təqdim edilməsində iştirak edərək, hesabatın “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən qəbul olunmasına dəstək göstərib.
Bu mərhələnin tamamlanması göstərir ki, təklif olunan fiber-optik kabelin marşrutu beynəlxalq mühəndislik standartlarına cavab verir və yüksək təhlükəsizlik və keyfiyyət göstəricilərinə uyğundur.
Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkətinin daxil olduğu “NEQSOL Holding”in sədri Yusif Cabbarov qeyd edib ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi regionda rəqəmsal əlaqəni və texnoloji inkişafı gücləndirməklə yanaşı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
“Bu layihə “NEQSOL Holding”in strateji “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas hissəsidir və regionda dayanıqlı rəqəmsal gələcəyin qurulmasını hədəfləyir. Bu məqsədə çatmaq üçün biz beynəlxalq səviyyədə tanınan qabaqcıl həlləri tətbiq edərək Asiya ilə Avropa arasında daha sürətli, etibarlı və yüksək keyfiyyətli bağlantı dövrünə keçidi təmin edirik”, – deyə Yusif Cabbarov əlavə edib.

Fotoda: “NEQSOL Holding”in sədri Yusif Cabbarov
“Kazakhtelecom” şirkətinin strategiya və xarici aktivlər üzrə baş direktoru Nurlan Meirmanov bildirib: “Bu il biz Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə imzaladıq və artıq dəniz marşrutunun tədqiqi üçün zəruri olan Layihə Tədqiqatı mərhələsini uğurla başa çatdırdıq. Sevindirici haldır ki, bütün fəaliyyətlər müəyyən olunmuş cədvələ uyğun həyata keçirilir. Layihənin miqyasını və unikallığını nəzərə alaraq, “Kazakhtelecom” tərəfindən layihəyə fokuslanan xüsusi işçi qrupu formalaşdırılıb”.
“Pioneer Consulting” şirkətinin layihə meneceri və müştəri həlləri üzrə direktoru Deyv Mari layihə barədə öz fikirlərini paylaşıb: “2024-cü ilin yanvar ayından komandamız Transxəzər sualtı kabel sisteminin layihələndirilməsi və satınalma mərhələsində dəstək göstərib. “AzerTelecom” və “Kazakhtelecom” ilə əməkdaşlıq edərək region üçün böyük önəm daşıyan yüksəksürətli və etibarlı fiber-optik sistemin qurulmasında iştirak etməkdən qürur duyuruq”.
Transxəzər Fiber-Optik Kabel Xətti Layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu xətt çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.
“AzerTelecom” haqqında
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
“Pioneer Consulting” haqqında
“Pioneer Consulting” sualtı fiber-optik telekommunikasiya sistemlərinin qurulması sahəsində müştərilərə məqsədlərini reallaşdırmaqda dəstək verən aparıcı konsaltinq şirkətidir. Şirkət layihələndirmə, texniki dizayn, gəmidə nəzarət, həmçinin layihələrin bütün mərhələlərində texniki və kommersiya istiqamətləri üzrə əhatəli məsləhət xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















